Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və birlikdəlik ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir.
Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır.
Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər.
Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir.
AZƏRTAC Azərbaycan-Türkiyə münasibətlərinin strateji əhəmiyyətinə, Türk dünyasının daha da güclənməsində bu əlaqələrin roluna nəzər salır.
Azərbaycan-Türkiyə qardaşlığı və strateji əməkdaşlıq Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb.
İki ölkənin ortaq tarixi, mədəniyyət və dil bağları bu əlaqələri daha da möhkəmləndirib.