Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır.
Bu barədə “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan xarici işlər naziri Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyasının Somalidə səfərdə olmasını şərh edərkən deyib.
O bunun çox əlamətdar hadisə olduğunu bildirib. Siyasi şərhçi hesab edir ki, Azərbaycan rəsmilərinin Somali səfəri həm də Azərbaycan-Türkiyə
Son vaxtlar Türkiyənin nüfuzu Yaxın Şərqdə və Afrikada, xüsusilə Şimali və Şərqi Afrikada artıb.
Türkiyə bu regionlarda bir çox məsələlərdə həlledici aktor rolundan çıxış edir.
Məsələn, Liviya və Suriyadakı, həmçinin Somali ətrafındakı proseslərin tənzimlənməsində Türkiyənin müstəsna rolu var.
Türkiyənin həmin ərazilərdə siyasi nüfuzunun artması isə Türkiyə-Azərbaycan əməkdaşlığına ciddi təsir göstərir”.