525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Türkiyə Tələbə Birliyinin sədr seçkiləri baş tutub.
525.az-a Birlikdən verilən məlumata görə, seçkilərdə ümumilikdə 100-ə yaxın Türkiyədə təhsil alan azərbaycanlı tələbə iştirak edib.
Seçki prosesinə 20-dən çox universitetdən olmaqla 5 şəhərdən tələbə iştirak ediblər.
5 namizədin qatıldığı seçkidə Ankara Sosyal Bilimlər Universitetin Hüquq fakültəsinin tələbəsi Emin Cəlilov Azərbaycan Türkiyə Tələbə Birliyinin yeni sədri seçilib.
Qeyd edək ki, Azərbaycan Türkiyə Tələbə Birliyi 2023-cü ilin yanvar ayından etibarən fəaliyyət göstərir və Türkiyənin müxtəlif şəhərlərində təhsil alan 285 nəfər azərbaycanlı tələbə üzvü var.