Azərbaycan Türkiyə turizm sərgisində

08.02.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın turizm imkanları Türki­yə­nin İstanbul şə­hə­rində keçirilən Şərqi Ara­lıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində ­təbliğ edilir. Dünyanın 5 böyük sərgisindən biri hesab edilən Şərqi Aralıq ­dənizi Beynəlxalq Səyahət və ­Turizm ekspozisiyasında 95 ölkə təmsil olunur.
Sərginin milli stenddə 10 yerli turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur. Ziyarətçilərə Azərbaycan turizm imkanları, o cümlədən qastroturizm, şərabçılıq, qış turizmi və dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan maddi mədəni irs nümunələri barədə ətraflı məlumat verilir. Türkiyə və digər ölkələri təmsil edən turizm nümayəndələri ilə B2B formatında görüşlər də təşkil edilir.
Qeyd edək ki, 2024-cü ildə Türkiyə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə, ikinci yerdə qərarlaşıb. Ötən il ölkəmizə Türkiyədən 426 min 241 nəfər turist gəlib ki, bu da 2023-cü illə müqayisədə 13 faiz çoxdur.

Qəzənfər QASIMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью