Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitə sədrləri görüşdü

03.12.2024

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin üçtərəfli görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Nəsib Məhəməliyev təmsil ediblər.

Görüşdə hökumətlərin təqdim etdiyi layihələrin həyata keçirilməsində parlament diplomatiyasının rolu mövzusunda keçiriləcək müzakirələrdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında siyasi, humanitar, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Həmçinin regional əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью