Azərbaycan Türkiyə və Orta Asiya ölkələri arasında körpü rolunu oynayır ŞƏRH EDİLDİ | Icma…
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Prezidentinin Macarıstana səfəri və Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi Zirvə toplantısında iştirakı əhəmiyyətli bir hadisə kimi dəyərləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı son illərdə daha da inkişaf edərək üzv ölkələr arasında inteqrasiyanı gücləndirən mühüm regional platformaya çevrilməkdədir: "Təşkilatın yaradılmasından bu günə qədər keçən 16 il ərzində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunub.
Toplantı çərçivəsində Azərbaycan Prezidenti geniş çıxış edərək müxtəlif istiqamətlərdə mühüm məsələlərə toxundu.
İlk olaraq Azərbaycan–Macarıstan əlaqələrindən bəhs edən Prezident, bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və hər il daha da möhkəmləndiyini vurğuladı.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatının fəaliyyəti, Azərbaycanın bu təşkilata verdiyi töhfələr və gələcək perspektivlər barədə ətraflı məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Türkiyə və Orta Asiya ölkələri arasında bir körpü rolunu oynayır.
Tam oxu
Xəbəri oxu