Azərbaycan Türkiyə və Özbəkistanla ticarəti genişləndirməyi müzakirə edib

29.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Türkiyə və Özbəkistanla ticarət əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Ankara şəhərində keçirilən Türkiyə- Azərbaycan-Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviq etmək imkanlarını müzakirə etdik”, -deyə nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью