Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 31 % ə yaxın artırıb

15.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 112,116 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 18,016 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,9 % azdır.

5 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 6,1 % artaraq 7,472 milyard ABŞ dollarına, may ayında isə 11,3 % azalaraq 1,483 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 742,187 milyon dolları (1 il əvvələ nisbətən 6,7 % çox), Almaniya 561,416 milyon ABŞ dolları (0,4 % çox) və ABŞ 559,616 milyon ABŞ dolları (38,8 % çox) dəyərində həyata keçirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью