Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb

13.06.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib.

"Cebheinfo.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.

Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.

Türkiyədən ən çox mal idxalını Almaniya 8 milyard 305,128 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox), ABŞ 5 milyard 686,731 milyon ABŞ dolları (+6,1 %) və Birləşmiş Krallıq 5 milyard 668,509 milyon ABŞ dolları (+3,2 %) dəyərində həyata keçirib.

Təkcə mayda isə Türkiyə Azərbaycana 162,717 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 45,7 % azdır.

Yanvar-may aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 1,2 % artaraq 97 milyard 331,859 milyon ABŞ dollarına, may ayında isə 9,7 % azalaraq 19 milyard 443,338 milyon ABŞ dollarına enib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью