Azərbaycan Türkiyədən yeni hərbi təyyarələr alacaq

05.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Türkiyədən hərbi təlim təyyarələri almaq üçün danışıqlar aparır.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

Məlumata görə, Türkiyənin nüfuzlu aviasiya şirkətlərindən olan "Turkish Aerospace Industries" (TAİ) Azərbaycanın Azərbaycana yeni nəsil təlim-tədris təyyarələri "Hürkuş-II"nin satışı üzrə müqavilənin bağlanmasına yaxınlaşıb. Bu barədə TAI-nin baş direktoru Mehmet Demiroğlu Yeni il müraciətində məlumat verib.

Müqavilə imzalanarsa, Azərbaycan kursantları ilkin mərhələdən sonra uçuş hazırlığını "Hürkuş-II" təyyarələrində davam etdirəcək. Bu, pilot hazırlığının Türkiyə modeli ilə uyğunlaşdırılmasına imkan verəcək. Növbəti mərhələdə Azərbaycan "Hürjet" reaktiv təlim təyyarəsi almağı da planlaşdırır.

Türkiyə şirkəti, həmçinin Azərbaycanın Su-25 hücum təyyarələrinin modernləşdirilməsi üzrə LACIN layihəsinin ikinci mərhələsinə başlayıb. Layihə çərçivəsində təyyarələrin avionikası tam yenilənəcək və rəqəmsal idarəetmə sisteminə keçid ediləcək. Su-25-lərin müasir yüksək dəqiqlikli silahlarla uyğunlaşdırılması nəzərdə tutulur.

Daha əvvəl aparılan sınaqlarda modernləşdirilmiş Su-25-dən uzaqmənzilli raketlərin buraxılışı uğurla həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью