“Azərbaycan Türkiyənin vilayəti deyil” Azər Niftiyev

18.10.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“AKP iqtidarının ölkəmizə qarşı hücumu davam edir. Türkiyə hakim dairələrinin göstərişi ilə icra olunduğü şübhə doğurmayan təxribat cəhdləri daha da genişlənməkdədir”.

Gununsesi.info bu fikirləri siyasi şərhçi Azər Niftiyev deyib:

“Adamlar sadə bir həqiqəti qəbul etmək istəmirlər ki, Azərbaycan öz milli maraqlarını müstəqil müəyyənləşdirən suveren dövlətdir. Azərbaycan Türkiyənin vilayəti, AKP-nin ideoloji vasitəsi, yaxud Ankaranın xarici siyasət göstərişlərini icra etməli olan ölkə deyil.  Onun kiminlə münasibət quracağına qərar vermək nə Ərdoğanın, nə AKP-nin, nə də Türkiyədəki başqa siyasi dairələrin həddindədir.

İllərlə İsraillə hər cür diplomatik, hərbi və iqtisadi bazarlıqlar edən, öz geostrateji seçimlərini toxunulmaz suveren hüquq sayan bir rejimin Azərbaycanın eyni addımlarına qarşı hücuma keçməsi siyasi riyakarlıqdır. Türkiyənin qərarları müqəddəs milli maraq, Azərbaycanın qərarları isə ittiham mövzusu ola bilməz. Bu, prinsipsizlikdən də ötə, açıq-aşkar qudurğanlıq, başqasının müstəqil iradəsinə həyasızcasına həddini aşan müdaxilədir.

Ərdoğan və onun siyasi ətrafı birdəfəlik anlamaq və həzm etmək məcburiyyətindədir: strateji müttəfiqlik siyasi itaət demək deyil. “Bir millət, iki dövlət” prinsipi bir dövlətin digəri üzərində ağalıq etməsinə, ona diktə etməsinə bəhanə ola bilməz. Qardaşlıq qarşılıqlı hörmət və bərabərlik tələb edir, amiranə siyasi qəyyumluq və ya hökmranlıq yox.

Türkiyə iqtidarı Azərbaycanın müstəqil qərarları qarşısında həddini bilməli və bu iradəyə hörmət etməlidir. Bu, müzakirə mövzusu belə ola bilməz. Bu məsələdə güzəştə getmək və ya kiminsə diktəsi ilə hərəkət etmək Azərbaycan dövlətinin suverenlik prinsiplərinə kökündən ziddir.

Bakının müstəqil iradəsi hər hansı siyasi dairənin maraqlarına qurban verilə bilməz və bu həqiqəti hər kəs qəbul etmək və bundan nəticə çıxarmaq məcburiyyətindədir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью