Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə AZPROMO məlumat yayıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun da iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı ixrac potensialına malik məhsulların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı istiqamətləri geniş müzakirə olunub.
Görüş zamanı yaxın müddətdə Türkmənistan iş adamlarının Azərbaycana biznes missiyasının təşkili, həmçinin bu səfər çərçivəsində Türkmənistanın ixrac potensiallı məhsullarından ibarət xüsusi sərginin keçirilməsi imkanları nəzərdən keçirilib.
Bundan başqa, tərəflər cari ilin sonunadək Azərbaycan-Türkmənistan İşgüzar Şurasının yaradılması və fəaliyyətə başlaması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparıblar.