Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur

15.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 15 may, AZƏRTAC

Qazaxıstanın Türküstan şəhərində “Zamanlar və mədəniyyətlər dialoqunda Yasəvi irsi: humanist istiqamətlər və müasir çağırışlar” mövzusunda beynəlxalq simpozium keçirilir.

AZƏRTAC Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikigünlük konfransda Qazaxıstan, Azərbaycan, Almaniya, İran, İtaliya, Qırğızıstan, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Yaponiyadan 100-ə yaxın alim iştirak edir.

Simpoziumun proqramına elmi məruzələr, müzakirələr və Yasəvi irsinin müxtəlif aspektlərini əhatə edən üç mövzu üzrə təcrübə mübadiləsi daxildir.

Xoca Əhməd Yasəvi (1093–1166) mütəfəkkir, şair və dini təbliğatçı, türk sufi təriqətinin banisi hesab olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью