Azərbaycan U 18 millisi Özbəkistanla iki yoxlama oyunu keçirəcək

15.07.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Özbəkistan yığması ilə yoxlama oyunları keçirəcək.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan mətbuatı yayıb. Bildirilir ki, Azərbaycan U-18 millisi oktyabr ayında Daşkənddə təlim-məşq toplanışında olacaq və həmin müddətdə yerli komanda ilə iki dəfə qarşılaşacaq.

Yoxlama oyunlarının oktyabrın 9-u və 12-də baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan U-20 milliləri arasında əməkdaşlıq çərçivəsində, hər iki ölkə 2027-ci ildə gənclər arasında dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya müraciət edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью