Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Azərbaycanın U-20 millisi Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
QOL.az xəbər verir ki, yığma “Qəbələ” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində daha 2 yoxlama matçı keçirəcək. Yığma oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışı oktyabrın 6-dək davam edəcək.