Azərbaycan U 21 millisi Belarus və Monteneqro ilə qarşılaşacaq

12.05.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışında olacaq.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, yığma mayın 26-dan iyunun 2-dək Bakıda, 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Millimiz əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью