Azərbaycan ucqar ərazilərdə istilik nasoslarının tətbiqini nəzərdən keçirir | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Biz Qarabağda istilik nasosları deyilən yeni texnologiyadan istifadəni düşündük və bu istiqamətdə eksperimentlər aparılır".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bunu ucqar kəndlərdə də tətbiq etmək olar: "Ancaq bu, olduqca bahalı sistemdir. Avropa İttifaqı bu istiqamətdə addımlar atdı.
Ancaq dediyim kimi, baha olduğuna görə sonradan dayandılar. Hələlik bu sahə ilə bağlı yetərincə mütəxəssis yoxdur.
Ancaq bu texnologiyaların effektivliyi 300 faizdən daha çoxdur. Bunu yaxından izləyirik".
Mərahim Nəsib Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu