Azərbaycan üçün hansı üstünlüklər olacaq? İmzalanan sənədlərdə Zəngəzur detalı | Icma.az
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.
Bununla bağlı aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Eyni zamanda, Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı olan Urumçi şəhərinin qardaşlaşması regional əməkdaşlıq baxımından xüsusi diqqətəlayiqdir.
Maraqlıdır, atılan bu addımların ölkəmizə faydalı olacaq nüansları hansılardır?
Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Çin və Azərbaycan arasında vizasız gediş gəlişin ləğv edilməsi bir müddət öncədən müzakirə edilən əsas mövzulardan idi: “Çünki cənab Prezident də Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə qeyd etmişdi ki, məhz Azərbaycan və Çin arasında olan iqtisadi potensial bu gün mövcud göstəriciləri ciddi şəkildə artırmağa imkan verir.
Bu potensialın reallaşdırılması üçün isə vacib atılmalı olan addımlar vardır və bunlardan biri də viza rejiminin ləğv olunması idi.
Məhz bu rejimin ləğv olunması Orta dəhliz boyunca Çin-Azərbaycan münasibətlərini sürətləndirəcəkdir.
Çindən gələn Avropaya gedən yüklərin artmasına, Ələt azad iqtisadi zonasında Çin investorlarının fəaliyyətinin stimullaşdırılmasında, yeni-yeni əməkdaşlıq sahələrinin meydana gəlməsində böyük rol oynayacaqdır”.
Tam oxu
Xəbəri oxu