Azərbaycan UEFA da bu mövsümkü nəticələrə görə neçəncidir?

21.08.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

2025/26 mövsümündə Azərbaycan UEFA-nın klub reytinqində ən çox əmsal toplayan ölkələr sırasında 7-ci yeri tutur. Bunlar yarışın təsnifat mərhələlərinə aiddir.

QOI.az xəbər verir ki, bu mövsüm Azərbaycanın 4 klubu reytinqə daha 2.375 əmsal əlavə edib. Eyni əmsalı 6-cı yerdə qərarlaşmış İsrail də toplayıb. Bu mövsüm təsnifat mərhələlərində ən çox əmsalı isə Kipr komandaları yığıb (3,625).

Azərbaycanın qazandığı əmsallardan ən çoxu “Qarabağ”ım payına düşür - 1,250. “Sabah” 0,625, “Araz Naxçıvan” 0,375, “Zirə” isə 0,125 əmsal toplayıb. 4 klubumuzdan “Qarabağ” istisna olmaqla digər 3 komanda yarışlarda mübarizəni dayandırıb.

Son 5 mövsümün nəticələrinə əsasən isə Azərbaycan 19,500 əmsalla 28-ci yeri tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью