Azərbaycan UEFA əmsallar cədvəlində Rusiyanı geridə qoydu

31.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Şelburn" klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyinə təsir edib.

Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.

Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью