Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın UEFA-nın əmsallar cədvəlində bir pillə irəliləyib.
Moderator.az xəbər verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində son matçda "Liverpul"a 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.
Aktivində 22.937 xal olan Azərbaycan bu siyahıda Sloveniyanı (22.843) qabaqlayıb. 25-ci yerdə olan Ukraynanın isə 24.412 xalı var.
Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.