Azərbaycan UEFA reytinqində 28 ci pillədə qərarlaşıb

31.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.

"Report"un məlumatına görə, avrokuboklarda həftənin oyunlarından sonra ölkənin növqeyində dəyişiklik olmayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" Azərbaycanın (19.625) əmsalına fayda verə bilməyib.

Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cudur.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью