Azərbaycan UEFA reytinqində bir pillə geriləyib

28.11.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Ölkə.az-ın məlumatına görə, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyanın "Napoli" klubuna məğlubiyyətindən sonra (0:2) baş verib.

Azərbaycan 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 22.350 əmsalı var. Sloveniya isə 22.218 əmsalla 27-cidir.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (101.783) ilk sıraradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью