Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

14.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью