Azərbaycan UEFA reytinqində gerilədi

24.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə heç-heçə etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan oyun sayəsində ölkənin aktivinə 0,125 xal yazılıb. Azərbaycan hazırda 18,125 xalla 25-ci sıranı tutub. Komanda ötən günlə nisbətdə bir pillə geriləyib.

Aktivində eyni xalı olan Slovakiya 4 təmsilçisinin də mübarizəni dayandırmaması səbəbindən 24-cü pillədə göstərilib.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью