Azərbaycan UEFA reytinqində irəlilədi

22.07.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb.

Modern.az xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb.

Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью