Azərbaycan UEFA reytinqində irəlilədi

30.07.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan UEFA-nın klublar reytinqində mövqeyini bir qədər yaxşılaşdırıb.

QOL.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün “Şelburn”a  (İrlandiya) qarşı keçirilən cavab matçındakı qələbəsi (1:0) sayəsində mümkün olub (ilk oyun 3:0). Bu, uğur Azərbaycana daha 0,250 xal qazandırıb.

Nəticədə son xal ehtiyatını 18,375-ə yüksəldən Azərbaycan Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb.

Azərbaycandan bir pillə öndə - 27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью