Azərbaycan UEFA reytinqində İRƏLİLƏYİB

08.11.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Redaktor.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveç klubu "Budyo Qlimt"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ" ölkənin əmsalını artırıb.

Qələbə sayəsində bir pillə irəliləyərək 27-ci yerə yüksələn Azərbaycanın əmsalı 19,625-ə bərabərdir. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.125) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (95.160) başçılıq edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью