Azərbaycan UEFA reytinqində neçənci PİLLƏDƏDİR?

13.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.
Dörd ölkə günü qazancla başa vurub. Almaniya, Belçika, Niderland və Portuqaliya xal hesablarını artırıblar.
Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью