Azərbaycan UEFA reytinqində neçənci PİLLƏDƏDİR?

06.03.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, baş tutan 4 matçdan sonra UEFA reytinqi açıqlanıb.
Siyahının liderləri İngiltərə İspaniya, İtaliya və Almaniya günü qazancla başa vurub. Cədvəldə yerdəyişmə olmayıb. Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir.
Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,482 xalı var.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью