Azərbaycan UEFAnın klub reytinqində irəlilədi

08.11.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA-nın klub reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişib.

Həmçinin oxuyun: "Zəfər Gününə görə bütün Azərbaycan bizdən qələbə gözləyirdi" - Qurban Qurbanov

QOL.az-ın xəbərinə görə, bu, Avroliqanın 4-cü turunda “Qarabağ”ın Norveçdə “Bodo Qlimt” üzərindəki qələbəsi (2:1) sayəsində mümkün olub. Qurban Qurbanovun komandası ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.

Bununla da Azərbaycan bir pillə irəliləyərək 27-ci yerə yüksəlib. Hazırda onun 19,625 xalı var. Azərbaycandan bir pillə öndə - 26-cı yerdə olan Rumıniya 20,125, bir pillə geridə - 28-ci yerdə qərarlaşan Bolqarıstan isə 19,125 xala malikdir.

Reytinqə əvvəlkitək İngiltərə (91,732) başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью