Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paris, 29 may, AZƏRTAC
Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-cu sessiyası çərçivəsində ÜHST-nin Avropa regional komitəsinin vitse-prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, bu vəzifə ilə Azərbaycan ÜHST idarəçiliyində təmsil olunur. Regionda (53 ölkə daxildir) tətbiq edilən bir sıra tədbirlər Azərbaycanın koordinasiyası ilə icra olunacaq. Eyni zamanda, gələcək fəaliyyət strategiyalarının və proqnozların hazırlanması Azərbaycanın iştirakı ilə olacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris