Azərbaycan Ukrayna oyunu bu arenada keçiriləcək

14.05.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

“Neüs24.az” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbacan millisi seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью