Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin təşkil etdiyi forumda təmsil olunub

28.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən "Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq" mövzusunda beynəlxalq forum təşkil olunub.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ölkəmizi AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.

Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistan Respublikasının idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.

Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.

Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.

Tədbirdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksək ixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью