Azərbaycan Ümumdünya Poçt İttifaqının 28 ci Konqresində təmsil olunacaq

10.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC “Azərpoçt” MMC-nin məlumatına istinadla xəbər verir ki, bu il Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.

Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.

Konqreslə bağlı bu yaxınlarda Bakıda hazırlıq tədbiri keçirilib. Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə heyətinin üzvü Elgün Rəsulov təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью