Azərbaycan Ümumdünya Poçt İttifaqının tədbirində təmsil olunub FOTO

05.04.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Albaniyanın Tirana şəhərində Ümumdünya Poçt İttifaqının “Elektron ticarətə hazırlıq” tədbirinin üçüncü praktiki seminarı təşkil olunub. Avtosfer.az xəbər verir ki, seminarda “Azərpoçt”un İdarə Heyətinin üzvü Elgün Rəsulov və Daxili daşımalar departamentinin direktoru Madonna Əlixanova iştirak ediblər. 17 ölkədən 41 iştirakçının qatıldığı seminarda poçt və gömrük əməkdaşlığının gücləndirilməsi, ASYCUDA və CDS sistemləri arasında məlumat mübadiləsi, Qabaqcıl Elektron Məlumatlar üzrə yeniliklər, Risklərin qiymətləndirilməsi və poçt təhlükəsizliyi və gömrük bəyannamələrində uyğunluğun artırılması mövzuları üzrə müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью