Azərbaycan ümumi dövlət xidmətləri xərclərini azaldıb

22.10.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən ümumi dövlət xidmətlərinə 3 milyard 170,1 milyon manat xərclənib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 191 milyon manat və yaxud 5,7 % azdır.

Hesabat dövründə ümumi dövlət xidmətləri xərclərinin 80,3 %-i icra edilib.

Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən ümumi dövlət xidmətləri xərclərinə 3 milyard 946,3 milyon manat ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью