525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Parisdə UNESCO-nun qərargahında 2026-cı il Beynəlxalq Təhsil Günündə iştirak edib.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycan nümayəndə heyəti 23 yanvar 2026-cı il tarixində UNESCO-nun qərargahında "Təhsilin birgə formalaşdırılmasında gənclərin gücü" şüarı altında keçirilən Beynəlxalq Təhsil Günü - 2026-ya həsr olunmuş tədbirlərdə iştirak edib", - məlumatda qeyd olunub.