Azərbaycan UNESCO komitəsinə üzv seçildi

10.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial platformada paylaşım edib.

“Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir”, – paylaşımda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью