Azərbaycan Universiadada 71 idmançı ilə təmsil olunacaq

14.07.2025

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

İyulun 16-dan 27-dək Almaniyanın Reyn-Rur regionunda keçiriləcək 32-ci Ümumdünya Yay Universiadasında Azərbaycanın 71 idmançısı iştirak edəcək.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bu gün ilk idman nümayəndə heyəti universiada üçün Almaniyaya yollanıb.

Yarışlar paytaxt Berlinlə yanaşı, Reyn-Rur bölgəsinə daxil olan Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində təşkil olunacaq.

Azərbaycan yarışda 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) təmsil olunacaq.

Turnirin açılış mərasimi iyulun 16-da, bağlanışı isə ayın 27-də Duysburq şəhərində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью