Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 21 yanvar, AZƏRTAC Azərbaycan Universitetində yerinə yetirilən tədqiqat işlər
Universitetin “Web of Science” bazası üzrə H-indeksi 2024-cü il ilə müqayisədə 5 bal artaraq 34-ə, “Scopus” bazası üzrə isə 37-yə yüksəlib.
Universitet bu göstərici ilə “Web of Science” və “Scopus” bazalarında ölkə üzrə 6-cı yerdə qərarlaşıb.Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə görə, universitet əməkdaşlarının “Web of Science” bazasında indekslənən jurnallarda 99 məqaləsi çap olunub.
Azərbaycan Universiteti məqalə sayına görə ölkə universitetləri arasında 7-ci yerdədir.
Universitet əməkdaşlarının qeyd olunan bazada indekslənən jurnallarda çap olunan məqalələrinə 2024-cü ildə olan istinadların sayı “Web of Science” bazası üzrə 1379, “Scopus” bazası üzrə isə 1741 olub.
Bu nəticələrə əsasən, Azərbaycan Universiteti ölkə üzrə 5-ci yerdədir.
Milli H-indeksinin reytinq göstəricisinə görə (Azerbaijan National H-index Ranking 2024) universitet ali təhsil müəssisələri arasında ölkə üzrə 7-ci yerdə qərarlaşıb.