Azərbaycan Universitetində DİM üzrə təlimlərə start verilib

03.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə maarifləndirici təlimlərə start verilib.

XQ xəbər verir ki, açılış mərasimində Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Rüstəmli və İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Nahid Almasov iştirak ediblər.

Təşəbbüsün rəhbəri, Azərbaycan Universitetinin müəllimi Əfqan Baxşəliyev məqsəd və əhəmiyyəti barədə məlumat verərək Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinin, gənclərin bu sahədə maarifləndirilməsinin və onların dayanıqlı gələcəyin qurulmasında fəal iştirakının vacibliyini vurğulayıb.

Təlimlər zamanı iştirakçılar dayanıqlı inkişaf, gender bərabərliyi, keyfiyyətli təhsil, ekoloji məsuliyyət və sosial bərabərlik mövzularında biliklərini artıracaq, qrup işləri və müzakirələr vasitəsilə öyrəndiklərini praktikada tətbiq edəcəklər.

Növbəti təlimlərin vaxtı barədə əlavə məlumat veriləcək. Fəallığı ilə seçilən 10 tələbənin isə təltif olunması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью