Azərbaycan Universitetində Qazaxıstanlı sosial işçilər ilə görüş keçirilib AZƏRTAC

09.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Universitetində Qazaxıstanın Professional Sosial İşçilərinin Milli Alyansının nümayəndələri, Astana IT Universitetinin müəllimi Asem Kusmanova və L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Sosiologiya kafedrasının dosenti Nurlan Bayqabılov ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın professoru Elmar Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova iştirak ediblər.

Görüşdə birgə layihələrin hazırlanması, tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью