Azərbaycan universitetləri TOP 500də yer alıb

21.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb. 

"Cebheinfo.az" xəbər verir ki, ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb. 

UNEC, AzMiU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib.

Qeyd edək ki, “Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmə töhfəsini ölçən ilk reytinq cədvəlidir.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью