“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024 cü il üzrə hesabatını açıqlayır | Icma.az
Icma.az bildirir, Apa.az portalına istinadən. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil
24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin problemlərinə operativ dəstək göstərib.
Daxil olan sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkib olunub, bu ailələrin uşaqları ilə sosial-psixoloji reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım göstərilib.
Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfərlər təşkil edilib.
Zənglərin təsnifatına gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı olub.
Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618, sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub.
Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzularla əlaqəli olub.
Müraciətlərin 1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə edilib.
Tam oxu
Xəbəri oxu