Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Milli.Az xəbər verir ki, müraciətdə deyilir: "Əziz Prezidentimiz!
Azərbaycanın hər bir regionunu təmsil edən VI Ümumrespublika Forumunun iştirakçıları olaraq, Sizə öz sevgimizi və ehtiramımızı çatdırırıq.
Bizə ünvanladığınız təbrik məktubuna görə Sizə dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətimiz haqqında inamdolu sözlərinizin bizi qürurlandırdığını ifadə etmək istəyirik.
Biz həqiqətən də çox xoşbəxtik ki, günü-gündən inkişaf edən, bütün dünyada nüfuzu daha da artan güclü, müstəqil, müasir və ən əsası zəfər qazanmış bir dövlətin övladlarıyıq.
Bu gün təhlükəsiz və firavan mühitdə fiziki və mənəvi baxımdan sağlam böyüyür, milli ruhlu və vətənpərvər vətəndaş kimi formalaşaraq yaradılan bütün imkanlardan faydalanırıq.
Sizin bizə olan xüsusi diqqətinizi, verdiyiniz yüksək dəyəri və əvəzolunmaz qayğını hər addımda hiss edirik. Cənab Prezident!