Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Polşa polisi Lüblin şəhərində 20 nəfərdən ibarət dəstəni saxlayıb.
Avtosfer.az xəbər verir ki, onlar Rusiyaya lüks avtomobil göndərməkdə təqsirləndirilirlər. Məlum olub ki, mütəşəkkil dəstə Avropa İttifaqı ərazisində saxta şirkətlər quraraq Rusiyaya 600-dək premium avtomobil göndərib.
Avtomobillər sanksiya siyahısında yer aldığı üçün çatdırılma Azərbaycan və Belarus üzərindən həyata keçirilib.
Saxlanılan şəxslər eyni zamanda 40 milyon zlotı (təxminən 20 milyon AZN) vəsaitinin əsassız yerə ƏDV şəklində geri qaytarılmasında da təqsirləndirilirlər.
Vüqar