Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin idmançıları sentyabrın 10–14-də Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı – Malta 2026”da iştirak edəcəklər.
Komitədən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda Azərbaycanı 4 üzgüçü - Ağasəlim Abdullayev, Məhəmməd Əli, Mirqaib Rəsulov və Georgiy Qəniyev təmsil edəcək. Komandanın baş məşqçisi Elvin Hüseynov, köməkçi məşqçi isə Yuliya Dubrovinadır.
Hazırda milli komandanın atletləri yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.