Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür ŞƏRH EDİLDİ…
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda ABŞ ilə münasibətlərin siyasi, iqtisadi, enerji və müdafiə sahələrində yeni mərhələyə qədəm qoyduğunu bəyan etməsi yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Cənubi Qafqazda dəyişən geosiyasi konfiqurasiyanın mühüm göstəricisidir.
Xüsusilə Strateji tərəfdaşlıq xartiyasının hazırlanması bu münasibətləri institusional və uzunmüddətli çərçivəyə salmaqla Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir və çoxvektorlu xarici siyasətini gücləndirir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür: "ABŞ ilə strateji tərəfdaşlıq formatına keçid bu siyasətin alternativi deyil, əksinə onu möhkəmləndirən alət kimi çıxış edir.
Bu yeni mərhələ Azərbaycan yalnız regional deyil, həm də qlobal güclərlə bərabər məsafəli əməkdaşlıq imkanlarını artırır, diplomatik manevr sahəsini genişləndirir və ölkəmizin qərarvermə prosesində asılılığını minimuma endirir.
Azərbaycanla strateji tərəfdaşlıq Vaşinqtona da regionda etibarlı dövlət aktoru ilə birbaşa əməkdaşlıq, enerji təhlükəsizliyi marşrutlarında aktiv iştirak və Orta Asiya–Xəzər–Cənubi Qafqaz xəttində təsir imkanlarını artırmaq imkanı verir.
Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın subyekt rolunu möhkəmləndirir, yəni Azərbaycan artıq regionun enerji və təhlükəsizlik gündəmini yalnız izləyən deyil, onu formalaşdıran tərəf kimi çıxış edir.
Tam oxu
Xəbəri oxu