Azərbaycan və ABŞ prezidentləri Sülh Şurasının əhəmiyyətinə toxunublar

22.01.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Davosda Prezident İlham Əliyevlə Donald Tramp arasında keçirilən görüşdə ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib.

Bu barədə APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью